“Lotu Quli”nin məzarı başında ATIŞMA – 1 nəfər öldürüldü / FOTO

“Lotu Quli”nin məzarı başında ATIŞMA – 1 nəfər öldürüldü / FOTO
HADİSƏ

19 yanvar 2021, 18:35

Mətn ölçüsü

Ötən il İstanbulda qətlə yetirilmiş “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı başında insident yaşanıb.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanvarın 17-də “Lotu Quli”nin məzarı başında qarşılaşan Əli Həşimov və Kənan İ. arasında atışma olub.

Məlumata görə, aralarında borc problemi olan Əli Həşimov Kənan İ-ni odlu silahla yaralayıb. Kənan İ. isə cavab atəşi ilə Əli Həşimovu başından güllələyərək öldürüb.

Kənan İ. xanımı tərəfindən xəstəxanaya çatdırılıb.