"Erməni təcazvüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik” - Nazir

"Erməni təcazvüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik” - Nazir
HADİSƏ

22 yanvar 2021, 12:12

Mətn ölçüsü

"2020-ci il təhsil baxımından dünya ölkələri, o cümlədən Azərbaycan üçün də kifayət qədər mürəkkəb il oldu. Erməni təcazvüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik”.

News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, dekabrın 14-dən başlayaraq ölkədə ciddi karantin tətbiq edilmişdi: “Təhsil müəssələrinin fəaliyyəti ilə bağlı qərarı təkbaşına olaraq Təhsil Nazirliyi verə bilməz”.