Cəlilabadda ər həyat yoldaşını qətlə yetirdi

Cəlilabadda ər həyat yoldaşını qətlə yetirdi
HADİSƏ

22 yanvar 2021, 19:25

Mətn ölçüsü

Cəlilabadda ər həyat yoldaşını qətlə yetirib.

Qətl hadisəsi rayonun Uzuntəpə kəndində baş verib. Qədirağa Mirzəyev adlı şəxs həyat yoldaşı Yəmən Mirzəyevanı küt alətlə qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.

Qətli törətməkdə şübhəli bilinən Q. Mirzəyevin ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır. /APA/