Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs cəzalandırılıb

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs cəzalandırılıb
HADİSƏ

23 yanvar 2021, 11:47

Mətn ölçüsü

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Neftçala rayon sakini Məlik Abdullayev olduğu məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanuna müvafiq tədbir görülüb.