Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb - FOTO - VİDEO

Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb - FOTO - VİDEO
HADİSƏ / Video

25 yanvar 2021, 19:15

Mətn ölçüsü

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.

Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.

Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

FHN-dən News24.az-a bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. 

Axtarış-xilasetmə işləri davam edir.

Hadisənin səbəbləri dəqiqləşdirilir. /APA/ 

YouTube