Traktorçunun minaya düşməsilə bağlı prokurorluq AÇIQLAMA VERDİ

Traktorçunun minaya düşməsilə bağlı prokurorluq AÇIQLAMA VERDİ
HADİSƏ

28 yanvar 2021, 16:43

Mətn ölçüsü

Baş prokurorluq Tərtərdə traktorçunun minaya düşməsilə bağlı açıqlama yayıb.

News24.az-a daxil olan açıqlamada deyilir:

"28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır".