Samux sakininin evində və cibində narkotik tapıldı

Samux sakininin evində və cibində narkotik tapıldı
HADİSƏ

28 yanvar 2021, 18:01

Mətn ölçüsü

Samux rayon sakinində narkotik aşkar edilib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Samux rayon Qarabağlar kənd sakini, əvvəllər məhkum olunmuş, Abbas Məmmədov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərərinə baxış keçirilən zaman təmiz çəkisi 6.758 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A. Məmmədova məxsus, Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib və  zirzəmidən 2 ədəd sintetik torabada, təmiz çəkisi 9 kq 200 qram  narkotik vasitə olan marixuana aşkar edilib.

A. Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.