Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq öldü

Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq öldü
HADİSƏ

23 fevral 2021, 15:40

Mətn ölçüsü

Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb. 

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərdən birində qeydə alınıb.

Həmin ünvanda yerləşən mənzillərdən birində 5 nəfərin meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.

İlkin məlumata görə, onlar dəm qazından boğularaq ölüblər.