Bakıda villada 5 nəfərin öldüyü hadisə ilə bağlı ŞOK FAKTLAR - FOTOLAR
Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsində villada meyitləri tapılan 5 nəfərin cəsədi morqa aparılıb.
News24.az "Publika"ya istinadən xəbər verir ki, olay yerinə vəfat edənlərin çoxsaylı yaxınları gəlib. Meyitlər isə ekspertizadan keçirilməsi üçün morqa göndərilib.
Vəfat edənlərdən Lətif Əliyev Texniki Universitetin tələbəsi, onun kiçik qardaşı Atilla isə 11-ci sinif şagirdi imiş. Atilla Əliyev ABŞ universitetlərindən birinə hazırlaşırmış.
Hadisə zamanı ölən digər 2 şəxs isə onların dostu imiş və qonaq gəlibmişlər.
Ölən yaşlı kişi isə villada təmir işləri aparan ustadır. Hazırda təmir işləri getdiyindən uşaqların valideynləri Sulutəpədəki evdə qalırmış.
19:11
HADİSƏ
5 nəfərin dəm qazından boğularaq ölməsi faktıyla bağlı cinayət işi başladı23 fevral 2021, 15:50
KRİMİNAL
Bakıda dəhşətli ailə faciəsi- Evi təmir edərkən əvvəl atası, sonra özü öldü20 oktyabr 2019, 15:47