Bakıda 54 yaşlı kişi öz evində ölü tapıldı

Bakıda 54 yaşlı kişi öz evində ölü tapıldı
HADİSƏ

27 fevral 2021, 20:40

Mətn ölçüsü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

FHN-dən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada kişi meyiti aşkarlayıblar.

Ölən şəxsin - 1967-ci il təvəllüdlü Kərimov İlham Balakişi oğlunun meyiti aidiyyəti üzrə təhvil verilir.