Android platformasında pulsuz VPN xidmətlərindən yararlanan 21 milyon istifadəçinin məlumatları internetə sızıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət SuperVPN, GeckoVPN və ChatVPN tətbiqetmələrindən gedir.
Kölgə forumlarında bu proqramları işlədənlərin e-poçt ünvanları, şifrələri və istifadəçi adları, seriya nömrələri, telefon növləri, markaları haqqında məlumatlardan ibarət üç arxiv satışa çıxarılıb.
Eyni zamanda SuperVPN müştərilərinin məlumatları artıq ötən yaydan ictimaiyyət üçün açıq olub.
18:12
HADİSƏ / MARAQLI
87 milyon istifadəçinin məlumatları sızdırıldı - "Facebook"dan ŞOK ADDIM23 sentyabr 2019, 10:22