Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı keçiriləcək

Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı keçiriləcək
SİYASƏT / İQTİSADİYYAT

03 mart 2021, 18:28

Mətn ölçüsü

"Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında Zirvə toplantısı keçiriləcək və biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığı müzakirə edəcəyik".

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.