Qusarda əməliyyat: Qanunsuz ov tüfəngləri MÜSADİRƏ EDİLDİ

Qusarda əməliyyat: Qanunsuz ov tüfəngləri MÜSADİRƏ EDİLDİ
HADİSƏ

06 mart 2021, 10:00

Mətn ölçüsü

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Köhnə Xudat Qazmalar kənd sakini X. Əlimovdan və Hil kənd sakini E. Şirinəliyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb. 

Faktlarla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.