Azərbaycanın tanınmış memarı VƏFAT ETDİ - FOTO

Azərbaycanın tanınmış memarı VƏFAT ETDİ - FOTO
HADİSƏ

06 mart 2021, 10:46

Mətn ölçüsü

Azərbaycan Memarlar İttifaqının üzvü, əməkdar arxitektor, memar və rəssam Əlibəy Novruzi vəfat edib.

O, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlibəy Nəzərli oğlu Novruzi 1942-ci ilin noyabrın 8-də Bakı şəhərində anadan olub.

1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən - 1967-69–cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır.
Əlibəy Novruzi 3 il dalbadal SSRİ-nin “İlin Ən Yaxşı Memarlıq Layihəsi” müsabiqəsinin qalibi olub.

600-dən artıq memarlıq layihəsinin, 400-ə yaxın rəsm əsərinin və 3 kitabın müəllifidir. Memarlıq sahəsində 2 ixtirası olub.
O, Sumqayıtın baş memarı olub. /Report/