"Dayanmadan təkrarlayırdım ki, terrorçu deyiləm" - Mübariz Mənsimov

"Dayanmadan təkrarlayırdım ki, terrorçu deyiləm" - Mübariz Mənsimov
HADİSƏ

06 mart 2021, 16:13

Mətn ölçüsü

"Azadam! Şərti olsa da azadlıqdayam. İlk gündən deyirdim ki, günahsızam. Dayanmadan təkrarlayırdım ki, terrorçu deyiləm, olmamışam və heç vaxt olmayacam. Hər zaman sözümlə və əməlimlə dövlətimin yanında olmuşam və bundan sonra da olacam. Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil. Bu günə qədər dəstək məktubları, zəngləri, mesajları, ən kiçik işi ilə belə yanımda olan hər kəsə təşəkkür etmək istəyirəm".

News24.az xəbər verir ki, bu sözləri ötən gün Türkiyədə  həbsdən azad olunan azərbaycanlı iş adamı Mübariz Mənsimov "İnstagram" hesabında yazıb. 

İş adamı bildirib ki, bu müddət ərzində hər kəsin sevgisini gördüməb və hiss edib: "Əlbəttə, çox çətin və çox yorucu bir dövr yaşadıq. Gah sevindik, gah da kədərləndik. Gərgin anlarımız da oldu. Amma təki bütün çətinliklərin sonu gözəl olsun, İnşallah. Haqq qazansın, şər-böhtan deyil. Satqınları və xəyanətkarları isə Allaha tapşırıram. Dualarınız bizimlə olsun!

12 aylıq ayrılıqdan sonra ailəmin əhatəsindəyəm. Atam və anam üçün çox darıxmışdım. Ailəm, övladlarım üçün çox darıxmışdım. “Palmali” ailəsi üçün çox darıxmışdım. Ayrıca 350 gün yanımdan 1 gün də ayrılmayan mənə inananlara, xüsusilə haqqımı savunan vəkillərimə təşəkkürümü bildirirəm. Mənə inandınız, məni qorudunuz, 350 gün sirdaşım oldunuz. Hər birinizə təşəkkür edirəm".