58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTO

58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTO Hadisə

Bakıda 58 yaşlı qadın "AZZA" şirniyyat şəbəkəsinin mağazasından alınan şirniyyatdan zəhərlənib.

News24.az xəbər verir ki, bu barədə zərərçəkmişin oğlu Miri Tağıyev məlumat verib.

Onun sözlərinə görə, avqustun 30-da tort və şirniyyatları "AZZA" şirniyyat şəbəkəsinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən mağazasından alıb:

“Həmin mağazadan tort və eklerlər alaraq evə gəldim. Tortu soyuducuya yerləşdirdik, eklerləri isə süfrəyə qoyduq. Anam, 1967-ci il təvəllüdlü Leyla Tağıyeva, çayla həmin şirniyyatlardan dadandan dərhal sonra halı pisləşdi. Mənə bildirdi ki, eklerin dadı pisdir və kremi turşuyub.

Dərhal soyuducudakı tortu da kəsəndə kəskin qoxu bizi vurdu. Kreminin dadına baxanda onun da turşumuş olduğunu gördük. Anamı dərhal Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına apardıq və qanını yuduzdurduq”.

Vətəndaş bildirib ki, həmin tort və şirniyyatları mağazaya qaytarmaq istəsə də, ona “Bununla bağlı biz heç bir məsuliyyət daşımırıq. Zəhərlənibsə, kimsə aparın xəstəxanaya” cavabı verilib.

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Unikal)

58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTO 58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTO