Jurnalistlər "Yaşıl marafon"a qatıldı - Zəngilanda - FOTO -VİDEO

Jurnalistlər "Yaşıl marafon"a qatıldı - Zəngilanda - FOTO -VİDEO
HADİSƏ / SOSİAL

07 aprel 2021, 14:04

Mətn ölçüsü

"Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyaları davam edir. 

News24.az-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Zəngilan rayonunda media nümayəndələrinin və könüllü gənclərin iştirakı ilə ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkilib. Palıd, şərq çinarı və tut ağacının toxumları ərazilərə səpilib. 

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.  Ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində əvəzsiz rolu olan yaşıllıqların artırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirlərini davam etdirir. Yaz və payız mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.


Məhərrəm ƏLİYEV
















YouTube