Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, vətəndaş Tahir Mustafayevin COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.
Polis əməkdaşları həmin şəxslə izahedici söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarıblar.
T. Mustafayev barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
19:12
HADİSƏ
Azərbaycanda evi qanunsuz tərk edən daha bir koronavirus xəstəsi SAXLANILDI14 yanvar 2021, 11:09