Ağsuda yas mərasimi keçirənlər də CƏRİMƏLƏNDİ

Ağsuda yas mərasimi keçirənlər də CƏRİMƏLƏNDİ
HADİSƏ

11 aprel 2021, 17:18

Mətn ölçüsü

Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ağarx kəndi ərazisində yerləşən fərdi yaşayış evində yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən News24.az-a məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib,xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib ediblər.