Abşeronda karantini pozan çay evləri aşkarlandı - VİDEO

Abşeronda karantini pozan çay evləri aşkarlandı - VİDEO
HADİSƏ / Video

12 aprel 2021, 15:39

Mətn ölçüsü

Abşeron rayonunda gecə saat 12:00-dan sonra fəaliyyət göstərən çay evləri aşkar edilib.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Abşeron rayonunda karantin qaydalarına zidd olaraq  gecə saatlarında işləyən çay evləri aşkar edilib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı Xırdalan şəhərində yerləşən "Məkan Buratino" və Masazır qəsəbəsindəki " Tvins" çay evlərininin sanitar-karantin qaydalarını pozduğu məlum olub. Həmin obyektlərin icarədarları Şamil Abdullayev və Habil Orucov, həmçinin çay evlərində olan 19 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar cərimələniblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha onların diqqətə çatdırılıb. 

YouTube