Kürdə batan uşağın meyiti tapıldı

Kürdə batan uşağın meyiti tapıldı
HADİSƏ

14 aprel 2021, 09:16

Mətn ölçüsü

Aprelin 9-da Kür çayında batan uşağın meyiti tapılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb. Nəticədə 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti aprelin 14-də səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə aprelin 9-da FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Aprelin 10-da Hüseynli Məryəm Şahin qızının meyiti Kür çayında tapılaraq aidiyyəti üzrə təhvil verilib.