6 nəfər dönərdən zəhərləndi, - ikisi azyaşlıdı...__NEWL__

6 nəfər dönərdən zəhərləndi, - ikisi azyaşlıdı...__NEWL__ Hadisə

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.

News24.az xəbər verir ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən, ikisi azyaşlı olmaqla 6 nəfərin dönərdən zəhərləndiyi bildirilib.

Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub.

Faktla bağlı araşdırmalar aparılır./axar.az