Daha bir uşaq qızılcadan öldü

Daha bir uşaq qızılcadan öldü Hadisə

Lənkəranda azyaşlı qızılcadan ölüb.

News24.az bildirir ki, Lənkəran rayonunun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Q. (qız uşağı) yüksək hərarətlə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşağa dəqiqləşdirilməmiş qızılca və meninqoensefalit diaqnozu qoyublar.

Azyaşlını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.