60 yaşlı qadını avtomobil - VURDU

60 yaşlı qadını avtomobil - VURDU Hadisə

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Pirizadə Zərifə Paşa qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.