600 hektar ərazi kül oldu

600 hektar ərazi kül oldu Hadisə

Fransanın cənubundakı Var əyalətində yanğın baş verib.

News24.az xəbər verir ki, Var yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, yerli vaxtla saat 15:00 radələrində Vidauban qəsəbəsində yaşıl sahədə yanğın baş verib.

Yanğına müdaxilə etmək üçün hadisə yerinə 430 yanğınsöndürən, 3 təyyarə, 2 helikopter və 137 texnika göndərilib.

Hələlik nəzarət altına alınmayan yanğın indiyədək 600 hektar yaşıllıq sahəsini məhv edib. Can itkisi olmayıb.

Vidauban və Plan-de-la-Tur şəhərlərini birləşdirən yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Qeyd edək ki, hər iki qəsəbənin müəyyən hissələrində yaşayan vətəndaşlar təxliyə edilib.

Günel Məlikzadə