Saatlıda yas mərasimi keçirildiyi aşkar edildi

Saatlıda yas mərasimi keçirildiyi aşkar edildi
HADİSƏ

19 aprel 2021, 12:02

Mətn ölçüsü

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Fətəlikənd kəndindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbir görülüb.