61 yaşında 140 narkotik kolu yetişdirmişdi, tutuldu

61 yaşında 140 narkotik kolu yetişdirmişdi, tutuldu Hadisə

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Telman Hüseynov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 140 ədəd narkotik tərkibli kol, evindən isə narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.