Bakıda qadın əri tərəfindən bıçaqlandı

Bakıda qadın əri tərəfindən bıçaqlandı
HADİSƏ

02 may 2021, 09:47

Mətn ölçüsü

Bakının Binəqədi rayonunda qadın bıçaqlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

1984-cü il təvəllüdlü Xəyalə Xəlilova əri ilə mübahisə zamanı döyülüb. Daha sonra əri ona bir neçə bıçaq zərbəsi vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.