Xalidə Bayramovadan ona xəbərdarlıq edilməsi ilə bağlı AÇIQLAMA- YENİLƏNDİ

Xalidə Bayramovadan ona xəbərdarlıq edilməsi ilə bağlı  AÇIQLAMA- YENİLƏNDİ
HADİSƏ / SOSİAL

04 may 2021, 16:29

Mətn ölçüsü

Məsələ ilə bağlı açıqlama verən Xalidə Bayramova bu məsələdən məlumatsız olduğunu bildirib:
"Elə söhbət yoxdur. Mənə Baş Prokurorluqdan heç bir xəbərdarlıq edilməyib". /Unikal.org/



***
əbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “COVID-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq, bu barədə tibbi sənədin verilməsini tələb edib.

Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanununun 23-cü maddəsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib.