Bakıda yeniyetmənin üstünə daş düşməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ

Bakıda yeniyetmənin üstünə daş düşməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
HADİSƏ

04 may 2021, 16:47

Mətn ölçüsü

Bakıda yeniyetmə uşağın üstünə daş parçasının düşməsi ilə bağlı araşdırma aparılır.

Səbail rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçası düşüb.

Aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə “kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi  müəyyən edilib.

Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.