Daha bir müəllim koronavirusun qurbanı oldu

Daha bir müəllim koronavirusun qurbanı oldu
HADİSƏ

04 may 2021, 17:33

Mətn ölçüsü

Bakı şəhəri Xətai rayonu 265 nömrəli tam orta məktəbin rus dili müəllimi Yeganə Əliyeva koronavirusdan vəfat edib.

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

“COVID-19”a yoluxan 62 yaşlı müəllimin bu gün dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Y. Əliyeva M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1982-ci ildən əmək fəaliyyətinə başlayıb.