Bakı üç erməni hərbçisini sərbəst buraxdı

Bakı üç erməni hərbçisini sərbəst buraxdı
HADİSƏ

04 may 2021, 18:10

Mətn ölçüsü

Bakı xoşməramlı jest göstərərək üç erməni hərbçisini sərbəst buraxıb.

News24.az xəbər verir ki, bu barədə "Caliber.az" saytı etibarlı mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda silahsızlaşdırılıan üç erməni hərbçi sərbəst buraxılıb. 

Yaxın bir neçə saat ərzində bu şəxslər Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun müşayiəti altında Bakı-İrəvan hərbi təyyarəsi ilə İrəvana çatdırılacaq.

Sərbəst buraxılan şəxslərin Rovert Vardanyan, Şuxyan Samvel, Tamrazyan Seyrandır.

Araşdırma zamanı bu şəxslərin erməni hərbi qulluqçuları olduqları təsdiqlənməsinə baxmayaraq, onların cinayətkar fəaliyyətlərdə, o cümlədən Azərbaycan hərbi qulluqçularının və ya mülki şəxslərin ölümü və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib.

Təəssüf ki, Ermənistan Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə oxşar prinsiplərlə cavab vermir.

Ermənistan hələ də Qarabağdakı minalanmış ərazilərin xəritələrinitəqdim etmir və basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların ölümünə səbəb olur, sağlamlıqlarına zərər verir.

Həmçinin, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dən çox Azərbaycan vətəndaşı barədə məlumat vermir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlarda basdırılıb. Bu qəbiristanlıqlardan biri Kəlbəcər rayonunun Başlıbel kəndində aşkar edilib.

Həmçinin, Ermənistan hələ də Birinci Qarabağ müharibəsi əsirliyində olan Azərbaycan vətəndaşları haqqında açıqlama etmir. Onların canlı olduqlarını Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri təsdiqləyib və onlarla müxtəlif yazışmalar aparıblar. Yəqin ki, bu adamlara işgəncə verilibvə vəhşicəsinə öldürülüb.

 Lakin İrəvan onlar haqqında hər hansı bir məlumat verməkdən imtina edir. Ermənistan hansı əsasla humanizmdən danışır və Azərbaycana iddia irəli sürür?!