Bakıda avtomobil aşdı, xəsarət alanlar var - FOTO

Bakıda avtomobil aşdı, xəsarət alanlar var - FOTO
HADİSƏ

07 may 2021, 19:17

Mətn ölçüsü

Bakida iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunda, Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Renault Meqan” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı bardyora çırpılaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan iki nəfər bədən xəsarətləri alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.