Şəmkirdə bibisi oğlunu öldürmək istəyənə CİNAYƏT İŞİ AÇILDI

Şəmkirdə bibisi oğlunu öldürmək istəyənə CİNAYƏT İŞİ AÇILDI
HADİSƏ

11 may 2021, 19:13

Mətn ölçüsü

09.05.2021-ci il tarixdə, saat 18 radələrində Musa Rüstəmov və Bakir Hüseynovun xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmiş Musa Rüstəmovun bibisi oğlu Ramin Mehdixanov şəxsi münasibətlər zəminində ona və həmin zaman onun yanında olan Bakir Hüseynova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd etmişdir. 

News24.az xəbər verir ki, faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Ramin Mehdixanov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq davam etdirilir.