Sumqayıtda qayınatası və qaynanasına xəsarət yetirən şəxs barəsində cinayət işi başlandı

Sumqayıtda qayınatası və qaynanasına xəsarət yetirən şəxs barəsində cinayət işi başlandı
HADİSƏ

08 iyun 2021, 17:09

Mətn ölçüsü

Sumqayıtda qaynatası və qaynanasına xəsarət yetirən şəxs barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri ərazisində 03.06.2021-ci il tarixdə Namiq Ələkbərovun qaynatası və qayınanasına yaşadıqları evlərində xəsarət yetirməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Namiq Ələkbərov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Sumqayıt şəhər polis idarəsində istintaq davam edir.