İtkin düşən Ağdam sakini ilə bağlı axtarış aparılır

İtkin düşən Ağdam sakini ilə bağlı axtarış aparılır
HADİSƏ

10 iyun 2021, 19:36

Mətn ölçüsü

Ağdam rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə əlaqədar Ağdam Rayon Polis Şöbəsinə 2 gün öncə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a bildirilib ki, müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bütün rayon ərazisində axtarış tədbirləri davam etdirilir.