Həkimdən 2 aylıq körpəyə şok resept: "Ağıla gələn, gəlməyən nə varsa yazıb"

Həkimdən 2 aylıq körpəyə şok resept:
HADİSƏ

11 iyun 2021, 12:20

Mətn ölçüsü

Bakıda həkim 2 aylıq uşağa çox ağladığına, köp və qaz sancısına görə 15-dən çox dərman təyin edib.

Bu barədə pediatr Günay Rəsulova sosial şəbəkədə paylaşım edib.

Pediatr bildirib ki, sözügedən resepti yazan həkimin hərəkəti yolverilməzdir:

"Belə ki, gentamicin antibiotik içməyə görə təyin edilib. Halbuki bu qrup antibiotiklər içməyə təyin edilməz. Digər gördüyünüz balaca paketlər Luminal qıcolmaəleyhinə vasitədir, onu da körpəyə yatsın deyə yazıblar. Mezim forte isə həzm dərmanıdır, böyüklər üçündür. Probiotiklər, qulaq damcı, göz damcısı, qaraciyər dərmanı və s.... Ağıla gələn, gəlməyən nə varsa yazıb".

Pediatr deyir ki, əslində isə heç bir müalicə ehtiyacı olmayan, 3 ayından sonra öz özünə zamanla keçəcək olan bir problemlərdir.

Ehtiyac olmadığı halda 2 aylıq körpəni bu qədər zərərli dərmanla yükləmək olmaz. /Bakupost.az/