Prokuror ötən il orduya dəstək üçün keçirilən aksiyada saxlanılan şəxslərə şərti cəza istədi

Prokuror ötən il orduya dəstək üçün keçirilən aksiyada saxlanılan şəxslərə şərti cəza istədi
HADİSƏ

11 iyun 2021, 14:42

Mətn ölçüsü

Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə istintaq edilmiş cinayət işindən yeni xəbər var. 

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan cinayət işi üzrə həm əvvəl, həm də bu gün keçirilmiş məhkəmə iclası zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın şərti tətbiq edilməsi xahiş edilib.