Şabranda restoranda baş verən yanğın söndürüldü

Şabranda restoranda baş verən yanğın söndürüldü
HADİSƏ

21 iyun 2021, 19:11

Mətn ölçüsü

Şabran rayonunda restoranda yanğın olub.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib iki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlayıblar.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı qısa müddət ərzində alınaraq tam söndürülüb.
İlkin məlumata görə, restorana aid ərazidə ümumi sahəsi 330 kvadrat metr tikilinin yanar konstruksiyaları və açıq ərazidə 0,2 ha sahədə quru ot yanıb. Restoranın ərazisində olan digər tikililər (ümumi sahəsi 460 kvadrat metr) yanğından mühafizə olunub.