Bakıda sürücünü döyüb öldürdülər

Bakıda sürücünü döyüb öldürdülər
HADİSƏ

25 iyun 2021, 12:50

Mətn ölçüsü

Daxili İşlər Nazirliyi Bakıda sürücününü döyülərək öldürülməsi barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə iyunun 24-də saat 19 radələrində A.M.Cümə küçəsində “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Məmmədovun, sərnişinləri N.Canıyev və M.Abıyevin xuliqanlıq zəminində Səxavət Məmmədovu döymələri nəticəsində onun hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən
K.Məmmədov, N.Canıyev və M.Abıyev saxlanılıblar.