7 dəfə məhkum olunmuş şəxsdə 92 kq marixuana aşkarlandı

7 dəfə məhkum olunmuş şəxsdə 92 kq marixuana aşkarlandı
HADİSƏ

25 iyun 2021, 12:55

Mətn ölçüsü

Balakəndə 7 dəfə məhkum olunmuş Şəki sakinindən 92,4 kiloqram marixuana götürülüb. 

News24.az xəbər verir ki, Balakən RPŞ RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Katek kəndi ərazisində Şəki rayon sakini, əvvəllər dəfələrlə (7 dəfə) məhkum olunmuş N.Həsənov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 460 ədəd çətənə kolu və 92,4 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.