Xızıda 16 ədəd qumbaranı gizlədən şəxsin kimliyi bilindi

Xızıda 16 ədəd qumbaranı gizlədən şəxsin kimliyi bilindi
HADİSƏ

25 iyun 2021, 12:59

Mətn ölçüsü

Xızı rayonunda 16 ədəd qumbaranı gizlədən şəxs müəyyən edilib. 

News24.az xəbər verir ki, Xızı RPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə və yaşadığı evə baxış zamanı oradan odlu silah-sursat götürüldüyünə görə tutulmuş Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Əliyarovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə iyunun 28-də qəsəbə ərazisindən tapılmış 16 ədəd qumbaranın da onun tərəfindən gizlədilməsi aşkar edilib.