66 yaşlı qadını maşın vurub öldürdü

66 yaşlı qadını maşın vurub öldürdü Hadisə

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb.

News24.az-ın məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Xarici dövlətə məxsus iritonnajlı yük avtomobili Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət zolağında olan piyada - Zaqatalanın Faldarlı kənd sakini, 1960-cı il təvəllüdlü Firəngiz Səlim qızı Məmmədovanı vurub.

F.Məmmədova ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də,  həkimlərin səylərinə baxmayaraq, o, əməliyyatdan bir qədər sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo.az