68 yaşlı kişi küçədə öldü
Hadisə
Abşeron rayonunda kişi meyiti tapılıb.
News24.az report-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1956-cı il təvəllüdlü Eldar Lətif oğlu Hüseynov səhər saatlarında küçədə ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.