68 yaşlı kişini cərəyan vuraraq öldürdü

68 yaşlı kişini cərəyan vuraraq öldürdü Hadisə

Gəncədə bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Adil İsgəndərov küçəsində qeydə alınıb.

Şəhər sakini 1958-ci il təvəllüdlü C.Əlizadə yaşadığı evin zirzəmisində iş görən zaman elektrik cərəyanı onu vurub. 68 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır./APA/