69 yaşlı piyadanı avtomobil vuraraq öldürdü

 69 yaşlı piyadanı avtomobil vuraraq öldürdü Hadisə

Ağsuda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki rayonun Ərəbuşağı kəndi ərazisində Zaman Piriyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən piyada, 69 yaşlı Mirzağa Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır./Report/