7 qadının düşdüyü qəza ilə bağlı - BNA-dan AÇIQLAMA

7 qadının düşdüyü qəza ilə bağlı - BNA-dan AÇIQLAMA Hadisə
Bir qədər əvvəl daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan (99 RS 657 Dövlət Qeydiyyat Nişanlı) avtobus, “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb.

 Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub.