7 yaşlı uşağı it dişlədi

7 yaşlı uşağı it dişlədi Hadisə

Bərdədə 7 yaşlı uşağı it dişləyib.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

2017-ci il təvəllüdlü Dəniz Kənan qızı Rəhimova həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək azyaşlını dişləyib.

Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.