7 yaşlı oğlan qıcolmadan öldü
Hadisə
İsmayıllı rayonunda azyaşlı qıcolmadan ölüb.
News24.az xəbər verir ki, hadisə avqustun 5-i saat 08 radələrində rayonun İsmayıllı kəndində baş verib.
2019-cu il təvəllüdlü Nihad Seymur oğlu Rəhimov qıcolma səbəbindən xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.