7 yaşlı oğlunu öldürən azərbaycanlı qadın ömürlük həbs edilə bilər
Hadisə
Gürcüstanda 7 yaşlı oğlunu kəsici alətlə qətlə yetirən 42 yaşlı Svetlana Əhmədovaya qarşı ölkə qanunvericiliyinin ən ağır maddələri ilə ittiham irəli sürülüb.
News24.az xəbər verir ki, saxlanılan qadına Gürcüstan Cinayət Məcəlləsinin 11-prima 109-cu maddəsinin "e" və "k" bəndləri (Ailə üzvü olan azyaşlıya qarşı qəsdən adam öldürmə) ilə rəsmi ittiham elan olunub.
Bu maddənin sanksiyası törədilən cinayətin ağırlığına görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qeyd edək ki, mayın 31-də ağır psixoloji böhran keçirən Sevtlana Əhmədova 7 yaşlı oğlu Fərrux Əhmədova kəsici alətlə həyat üçün təhlükəli olan ağır xəsarət yetirib.
Azyaşlı dərhal xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.
S.Əhmədova hüquq-mühafizə əməkdaşları tərəfindən iyunun 1-də saxlanılıb.